Nazirliyin yeni saytı istifadəyə verilib

Nazirliyin yeni saytı istifadəyə verilib
  17 May 2018    Oxunub:1346
Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) yeni saytı istifadəyə verilib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, www.mincom.gov.az domen ünvanında fəaliyyət göstərən saytın dizaynı yenilənməklə yanaşı funksionallığı artırılıb.

Qeyd edək ki, keçmiş Nəqliyyat Nazirliyinin domeni də www.mincom.gov.az ünvanına yönləndirilib.

Saytda “Nazirlik”, “Fəaliyyət”, “Qanunvericilik”, “Layihələr” və “Media” bölmələri, eləcə də Nazirliyin, tabeli müəssisə və qurumların fəaliyyətinə dair alt bölmələr yenilənib.

Sayt Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir.

İstifadəçi rahatlığını təmin etmək məqsədi ilə nazirliyin bütün qurumlarına dair məlumatlara keçid saytın əsas səhifəsində yerləşdirilib.

Saytda “Dilmanc” səsləndirmə alqoritmi də tətbiq edilib. Bu tətbiq vasitəsilə istifadəçilər saytdakı istənilən məlumatı həm də dinləyə bilərlər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytında görmə qüsuru olan şəxslər üçün funksiya yaradılıb.

Bu funksiya məlumatların üstünlük təşkil etdiyi daxili səhifələrdə aktivdir. Saytın sağ tərəfindəki gözə bənzər işarəni seçməklə şriftləri böyütmək, rəngləri dəyişmək mümkündür.

AzVision.az


Teqlər: Nazirlik   Sayt  





Xəbər lenti