"ASAN viza"nın rüsumu açıqlandı

"ASAN viza"nın rüsumu açıqlandı
  15 May 2018    Oxunub:2654
"ASAN Viza" vasitəsilə hava limanlarında 15 dövlətin vətəndaşlarına veriləcək vizaların rüsumu müəyyənləşib.
AzVision.az-ın məlumatına görə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, Yaponiya vətəndaşları üçün hava limanlarında "ASAN Viza" pulsuz olacaq, Türkiyə vətəndaşları üçün rüsum 10 dollar təşkil edəcək.

Ü.Mehdiyev, həmçinin qeyd edib ki, digər dövlətlər üçün hava limanlarında "ASAN Viza"nın rüsumu 20 dollar təşkil edir.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Ülvi-Mehdiyev   ASAN-Viza  





Xəbər lenti