Bayrağımıza həsr olunmuş "Sevdiyim" layihəsi təqdim edildi - FOTOLAR+VİDEO

Bayrağımıza həsr olunmuş "Sevdiyim" layihəsi təqdim edildi - FOTOLAR+VİDEO
  11 May 2018    Oxunub:14412
Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş "Sevdiyim" layihəsinin təqdimat mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, təqdimat mərasimində Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, mədəniyyət naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri Ülvi Mehdiyev iştirak ediblər.



Dövlət rəsmilərinin çıxışlarından sonra görkəmli şair, dramaturq Cəfər Cabbarlının "Sevdiyim" şeiri əsasında hazırlanmış və yüzillik tariximizin əks olunduğu klip təqdim olunub. Əsərin bəstəkarı və ifaçısı əməkdar artist Tünzalə Ağayeva, klipin rejissoru Ülviyyə Könüldür.

Sonra əməkdar artist Tünzalə Ağayevanın ifasında vətənpərvərlik mahnıları səsləndirilib.

Qeyd edək ki, "Sevdiyim" layihəsi "ASAN xidmət", "ASAN Könüllüləri" təşkilatı və ASAN Radio-nun birgə təşkilatçılığı ilə həyata keçirilir və layihə müddətində müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.



















Elvin Abdulqədirov
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Sevdiyim   Layihə   Təqdimat  





Xəbər lenti