Slovakiyada dəfn edilən 281 azərbaycanlının adı məlum olub
Tədqiqat işləri nəticəsində sovet ordusunun 63 min 382 əsgər və zabiti arasında 281 azərbaycanlılarının mövcud olduğu aşkar edilib. Artıq 281 azərbaycanlının adı diplomatik nümayəndəliyimiz tərəfindən tam müəyyən olunub.
Qeyd edək ki, Slovakiya torpağında bütövlükdə 333 vahid və toplu qardaşlıq qəbiristanlıqlarında təxminən 100 min sovet əsgəri dəfn olunub. Birinci Dünya müharibəsinə aid 186, İkinci Dünya müharibəsinə aid 147 qəbir mövcuddur. (AzərTAc)
AzVision.az
Teqlər: Slovakiya