Heydər Əliyevin portreti nümayiş etdirildi - FOTOLAR

Heydər Əliyevin portreti nümayiş etdirildi - FOTOLAR
  07 May 2018    Oxunub:2512
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə mayın 7-də Bakıda tədbir keçirilib.
AzVision.az-ın məlumatına görə, tədbirdə çıxış edən baş nazirin müavini, YAP icra katibi Əli Əhmədov Heydər Əliyevin 95 illik ömrünün 75 ilini Azərbaycan xalqına, dövlətinə xidmət etdiyini bildirib.

Ə. Əhmədov deyib ki, hər bir azərbaycanlı Heydər Əliyevə öz dərin hörmətini qəlbində saxlayır. Baş nazirin müavini vurğulayıb ki, gənc nəsil Heydər Əliyev irsini, ideyalarını dərindən öyrənməlidir.

Tədbirdə məşhur memar və rəssam Rasim Əliyevin müəllifi olduğu Heydər Əliyevin portreti nümayiş etdirilib. Səhnəyə dəvət edilən R. Əliyev deyib ki, Heydər Əliyev Azərbaycanın xilaskarı, dahi şəxsiyyət olub.

Qeyd edək ki, tədbirdən öncə Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Fəxri xiyabanda onun məzarını ziyarət edib. Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarları önünə əklil və gül dəstələri qoyub, ehtiramlarını bildiriblər.





















Elvin Abdulqədirov
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Tədbir   Heydər-Əliyev  





Xəbər lenti