Berluskoniyə 8 Mart hədiyyəsi

Berluskoniyə 8 Mart hədiyyəsi
  05 Mart 2013    Oxunub:1527
Ötən gün yetkinlik yaşına çatmamış mərakeşli rəqqasə Kərimə əl Məhruq ilə cinsi münasibətdə ittiham olunan eks baş nazirə ittihamnamə oxunub.
Prokuror Antonio Sancermanonun sözlərinə görə, Berluskoninin Milan yaxınlığındakı villası eks nazirin eyş-işrət məclislərinin mərkəzi olub. Villada təşkil edilən məclislərdə aralarında yetkinlik yaşına çatmayan qızların da olduğu rəqqasələr erotik rəqslər edib, qızlar cinsi istismara mərzu qalıb.

Berluskoni yetkinlik yaşına çatmamış mərakeşli rəqqasə Rubi ilə cinsi əlaqədə olduğunu inkar edib, Rubini həbsdən çıxarmaq üçün rəsmilərə qanunsuz təzyiq etmədiyini deyib.

İtaliya mediası prokurorların yekun qərarını 8 mart Beynəlxalq Qadınlar günündə oxuyacağını xüsusi vurğulayıb.



Teqlər:  





Xəbər lenti