Şeyxülislam Məkkədə səs verdi

Şeyxülislam Məkkədə səs verdi
  09 Oktyabr 2013    Oxunub:1004
QMİ nümayəndəsi Hacı Həmidullahın verdiyi məlumata görə, Məkkədəki seçicilərin 50 faizi səsvermə hüququndan istifadə edib.
Ziyarətdə olan azərbaycanlı zəvvarlar Məkkənin “Ənnuzha” otelində yaradılmış seçki məntəqəsində səs verirlər. QMİ nümayəndəsi Hacı Həmidullahın verdiyi məlumata görə, Məkkədə olan seçicilərin demək olar ki, 50 faizi səsvermə hüququndan istifadə edib. Artıq QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə də artıq səs verib.
Onun sözlərinə görə, zəvvarlar yüksək fəallıq nümayiş etdiriblər.

"Allahşükür Paşazadə bu şəraitin yaradılmasına görə Səudiyyə Ərəbistanı Krallığı, Azərbaycan rəhbərliyinə təşəkkür edib.Seçkinin xetirli olmasını arzulayıb. Fəallıq yüksək səviyyədədir. Belə davam etsə məntəqə bağlanmamışdan qabaq bütün zəvvarlarımız səs verəcəklər".

Xatırladaq ki, Azərbaycandan ümumilikdə 3700 nəfər Həcc ziyarətinə yollanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti