Siyavuş Novruzov Avropadakı radikalların ekstradisiyasını tələb etdi

Siyavuş Novruzov Avropadakı radikalların ekstradisiyasını tələb etdi
  04 May 2018    Oxunub:1539
“Bir qrup insan Avropada Azərbaycanın əleyhinə çıxış edir. Dəfələrlə demişəm ki, bunun qarşısı alınmalıdır”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, həmin insanlar xaricdən ekstradisiya edilməli və Azərbaycana gətirilməlidir: “Onlar qanun qarşısında cavab verməlidirlər”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Siyavuş-Novruzov  





Xəbər lenti