Konstitusiya Məhkəməsinin sədri nə qədər maaş alacaq?

Konstitusiya Məhkəməsinin sədri nə qədər maaş alacaq?
  04 May 2018    Oxunub:2040
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Konstitusiya Məhkəməsi haqqında" qanuna dəyişiklik edilirb.
AzVision.az xəbər verir ki, qanunun 71-ci (Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 1-ci bəndində edilən dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2335 manat olacaq. Hazırda bu rəqəm 2120 manatdır.

Konstitusiya Məhkəməsi sədrinin müavininin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 90 faizinə bərabərdir, yəni 2101 manata qaldırılacaq.

Konstitusiya Məhkəməsi hakiminin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 85 faizinə bərabərdir, yəni 1985 manat olacaq. Dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti