Daha bir yolda hərəkət məhdudlaşdırılır

Daha bir yolda hərəkət məhdudlaşdırılır
  03 May 2018    Oxunub:1243
Bakıda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə paytaxtın Ziya Bünyadov prospektinin “Böyük Şor” yol qovşağından başlayaraq “Çermet" körpüsünə qədər olan hissəsində (20 yanvar metrosu istiqamətində) üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq, bu gün saat 22:00-dan etibarən hərəkət tam və yaxud qismən məhdudlaşdırılacaq.
AzVision.az xəbər verir ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyini yaydığı birgə məlumatda deyilir ki, tam məhdudlaşdırma prospektin həmin hissələrində olan körpü və tunellərdə tətbiq olunacaq. Bu zaman hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Prospektin digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq. Prospekt bağlı olmayacaq.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. "Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.

AzVision.az


Teqlər: Yol   Təmir  





Xəbər lenti