"Əli Kərimli troll şəbəkəsi ilə insanları ləkələyir" - Keçmiş konsul

"Əli Kərimli troll şəbəkəsi ilə insanları ləkələyir" - Keçmiş konsul
  03 May 2018    Oxunub:4180
“Azərbaycana troll şəbəkəsini ilk dəfə Əli Kərimli gətirib”
AzVision.az-ın məlumatına görə, bunu Avropada yaşayan “Oyan hərəkatı”nın sədri, keçmiş konsul Nahid Cəfərov deyib.

Onun sözlərinə görə, Əli Kərimli troll şəbəkəsi ilə insanları ləkələməklə məşğuldur: “Əli Kərimli bir partiyanın içərisində azad, demokratik seçki keçirə bilmədi. Cəmi bir nəfər rəqibi oldu. Onu isə agent, hökumətə “işləmək” adı altında sıradan çıxardı. Bunu Əli Kərimlinin trolları etdi. Sonra dedilər ki, azad seçkiyə gəlin. Bu gün də çoxları inanır ki, Sahib Kərimli hökumətə işləyir. Əli Kərimli rəqiblərinə trollarla hücum edir və trolluğu ilk dəfə Azərbaycan siyasətinə məhz o gətirib.” – deyə N.Cəfərov bildirib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Nahid-Cəfərov   Əli-Kərimli   AXCP  





Xəbər lenti