Elmar Məmmədyarov görüş keçirdi

Elmar Məmmədyarov görüş keçirdi
  09 Oktyabr 2013    Oxunub:1098
Elmar Məmmədyarov Çexiya və TürkPA müşahidəçiləri ilə görüşüb.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çexiya milli müşahidə missiyasının nümayəndələrini qəbul edib.

AzVsison.az xəbər verir ki, XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş əsnasında nazir Azərbaycanın son on ildə əldə etdiyi nailiyyətləri və siyasi-iqtisadi inkişafı haqqında məlumat verərək, prezident seçkilərinin azad və demokratik şəraitdə keçirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını vurğulayıb.
Çexiya nümayəndə heyətinin üzvləri seçki məntəqələrində olduqlarını və seçkilərin təşkili ilə yaxından tanış olduqlarını bildiriblər.

Görüş zamanı Çexiya ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin daha da inkişafı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmin gün E.Məmmədyarov Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizə səfər edən Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) üzvlərini qəbul edib.

Missiyanın rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpək TürkPA nümayəndə heyətinin Azərbaycanda keçirilən seçkiləri artıq dördüncü, o cümlədən prezident seçkilərini ilk dəfə müşahidə edəcəklərini diqqətə çatdırıb. Türkiyəli deputat hər dəfə Azərbaycana səfər edərkən ölkəmizin daha da inkişaf etdiyinin hiss olunduğunu da bildirib.

Nazir Azərbaycanın TürkPA-nın fəaliyyətinin genişləndirilməsində maraqlı olduğunu bildirib və qurumun müşahidəçi missiyası statusunda seçkiləri izləməsini təqdirəlayiq hal kimi qiymətləndirib.

Görüşdə Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzv kimi seçilməsi, eləcə də 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsinə dair qərarın verilməsi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının uğuru kimi qeyd edilib.


Teqlər:





Xəbər lenti