AXCP-dən daha bir istefa

AXCP-dən daha bir istefa
  08 Oktyabr 2013    Oxunub:923
AXCP Neftçala rayon şöbəsinin üzvü, keçmiş siyasi məhbus Səxavət Babayev təmsil olunduğu partiya sıralarından istefa verib.

Avropa.info-ya ünvanaladığı məktubda S.Babayev prezident İlham Əliyevin siyasi xəttini dəstəklədiyini bəyan edib.

Qeyd edək ki, Səxavət Babayev 2005-2007-ci illərdə siyasi məhbus həyatı yaşayıb və 2007-ci ildə ölkə prezidentinin əfv sərəncamı ilə azadlığa buraxılıb. S.Babayev hazırda haqqında məhkəmə prosesi keçirilən AXCP fəalı Dəyanət Babayevin atasıdır.

Xatırladaq ki, Nəsimi rayon Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı Dəyanət Babayevə 4 il həbs cəzası istəyib.
Dəyanət Babayev və digər AXCP üzvü Musa Rahim ötən il noyabrın 7-də Bakının Nizami küçəsində saxlanıb. Onlar Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə aparılıb və noyabrın 8-də sərbəst buraxılıblar. Daxili İşlər Nazirliyi bəyan edib ki, Dəyanət Babayev və Musa Rahim noyabrın 7-də ictimai asayişi kobud şəkildə pozan hərəkətlərə yol veriblər, sərxoş halda şəhər sakini Tofiq Səlimovu təhqir edib, sonra ona yüngül dərəcəli bədən xəsarətləri yetiriblər.

AXCP fəalları xuliqanlıqda ittiham olunurlar.


Teqlər:  





Xəbər lenti