"Formula-1"in sıralama yarışları başladı

"Formula-1"in sıralama yarışları başladı
  27 Aprel 2018    Oxunub:1118
Bakıda "Formula-1" Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü start götürüb.
AzVision.az xəbər verir ki, sərbəst yürüşlər 1 saat 30 dəqiqə davam edəcək.

Sərbəst yürüşlərə 10 komandanın heyətindən 20 pilot qatılacaq. Yarışlarda “Mercedes”in heyətində Luis Hamilton, Valterri Bottas, "Ferrari"nin heyətində Sebastyan Fettel, Kimi Raykkonen, "Red Bull"un heyətində Daniel Rikkardo, Maks Ferstappen, "Fors İndia"nın heyətində Serxio Peres, Esteban Okon, "Uilyams"ın heyətində Lens Stroll, Sergey Sirotkin, "Reno"nun heyətində Niko Hülkenberq, Karlos Sayns, “Toro Rosso”nun heyətində Pyer Qasli, Brendon Hartli, "Haas"ın heyətində Roman Qrojan, Kevin Maqnussen, "MakLaren"in heyətində Fernando Alonso, Stoffel Vandorn, "Sauber"in heyətində Markus Eriksson və Şari Lekler çıxış edəcək.

Saat 15:00-da isə "Formula-2" yarışlarının sıralama turu başlayacaq. Yarışda 10 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı 2 pilot təmsil edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Formula-1   Bakı  





Xəbər lenti