QHT sədri: `Seçki institutlarımız yetərincə formalaşıb`

QHT sədri: `Seçki institutlarımız yetərincə formalaşıb`
  08 Oktyabr 2013    Oxunub:945
`Prezidenti seçkiləri ilkin mərhələdən hazırkı seçki gününə qədərki dövrədək təmamilə şaffaf, tərəflərin hüquq bərabərliyi və demokratik şəkildə keçib. Güman edirəm ki, seçki günü tam azad şəkildə vətəndaşlar iradələrini ortaya qoyacaq və növbəti 5 il müddətinə ölkə prezidentinin kim olacağını müəyyənləşdirəcəklər`. Bu sözləri AzVision.az-a açıqlamasında DANİB sədri Elməddin Behbud deyib.
Onun sözləribə görə, bu günə qədər qeydiyyatdan keçən müşahidəçilərin sayı 52 min nəfərə yaxındır. Bunlardan 1000-dən çoxu əcnəbi müşahidəçilərdir: `Belə bir şəraitdə, düşünürəm ki, ötən illərdəki kimi tərəflərdən hansısa biri seçkilərdə baş verə biləcək kiçik neaqiv halı bəhanə edərək ümumi nəticələri tanımamaqla bağlı siyasi cığallıq nümayiş etdirməyəcək. Azərbaycandakı seçki inistitutları artıq yetərincə təcrübə toplaya bilmiş, bütün tələb olunan seçki presedurlarını uğurla icra edə biləcək qurumlardır. Bu baxımdan mən sabahkı seçkini Azərbaycanın bütün sahələr üzrə həyatında yeni bir mərhələ kimi xarakterizə edərdim`.

Elməddin Behbudun sözlərinə görə, təbliğat-təşviqat prosesinin gedişatında Azərbaycan gəncliyinin ölkənin siyasi həyatında nə dərəcədə fəal olması bir daha özünü göstərib və sabahkı seçki günündə daha parlaq şəkildə göstərəcək. Müxalifət isə cəmiyyətin maraqlarını təmin edəcək, milli mövqeyə əsaslanan, sağlam siyasi mühitin formalaşmasına xidmət edəcək performans nümayiş etdirə bilməyib: “Bu ilki seçkilərlə bağlı bu ilin yazından Azərbaycan müxalifətinin ortaya qoyduğu münasibət isə deyərdim ki, indiyədək malik olduqları azasaylı siyasi dəstəyin də təmami ilə iflasa uğramasına gətirib çıxardı. Xalqın ayağına getmək, ondan səs istəmək əvəzinə daha çox xarici ölkələrdə dəstək arayışında olanlar heç bir zaman seçkilərdə uğur qazana bilməzlər. Bu namizədin Cəmil Həsənli və ya digər bir olmasının düşünürəm ki, elə də prinsipal fərqi yoxdur. Seçkiyə düşüncələrin, ideyaların rəqabət meydanı kimi baxmayanlar hər zaman müvəfəqiyyətsizliyə uğrayıb və bundan sonra da belə olacaq”.


Teqlər:





Xəbər lenti