Ekspress avtobusların istiqaməti dəyişib

Ekspress avtobusların istiqaməti dəyişib
  25 Aprel 2018    Oxunub:994
"Formula 1" yarışları ilə əlaqədar Hava Limanı istiqamətində hərəkət edən ekspress avtobusların istiqamətləri dəyişdirilib.
"BakuBus" MMC-dən AzVision.az-a verilən məlumata görə, Bakıda keçiriləcək "Formula 1" Azərbaycan Qran Pri yarışları və Sabunçu yol qovşağından, Böyükşor yol qovşağınadək olan hissəsində aparılan yol təmir işləri ilə əlaqədar olaraq H1 Express Hava limanı xətti istiqamətində hərəkət edən avtobuslarımız müvəqqəti olaraq 28 May mst-ndan D.Əliyeva küç , K.Səfərəliyeva küç, Neftçilər pr., Nobel pr, Zığ yolu, Zığ beton yolu ilə və Hava Limanına və əks istiqamətdə Zığ beton yolu, Zığ yolu, Nobel pr, Xocalı pr (Ş.İ.Xətai mst-ı), Y.Səfərov küç. 28 May ms istiqaməti üzrə hərəkət edir.

AzVision.az


Teqlər: BakuBus  





Xəbər lenti