Ekologiya və təbii sərvətlər naziri dəyişdi

Ekologiya və təbii sərvətlər naziri dəyişdi
  23 Aprel 2018    Oxunub:4345
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni rəhbər təyinatı olub.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncamına əsasən Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin edilib.

M.Babyev bu təyinatadək Milli Məclisin deputatı, SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifələrində işləyib.

Qeyd edək ki, bundan əvvəl ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov olub.

AzVision.az


Teqlər: Muxtar-Babayev   Nazir  





Xəbər lenti