38 yaşlı nazir kollektivə təqdim olundu

38 yaşlı nazir kollektivə təqdim olundu
  23 Aprel 2018    Oxunub:2353
Yeni nazir Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivinə təqdim olunub.
AzVision.az-ın məlumatına görə, 38 yaşlı naziri kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.

Qeyd edək ki, aprelin 21-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilib. S.Babayev bu vəzifədə Səlim Müslümovu əvəz edib.

AzVision.az


Teqlər: Nazir   Əmək   Təqdimat  





Xəbər lenti