Bakı metrosunun yeni qatarı - FOTOLAR

Bakı metrosunun yeni qatarı - FOTOLAR
  23 Aprel 2018    Oxunub:9024
"Bakı Metropoliteni" Rusiyadan alınan yeni qatarı təqdim edib.

AzVision.az-ın məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev jurnalistlərə açıqlamasında bildirib ki, növbəti qatar may ayında gətiriləcək:
"Ötən ilin fevral ayında Rusiyanın metrovaqonmaş şirkəti ilə 2 qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Artıq qatarın biri Bakıya gətirilib. Növbəti qatar isə mayda gələcək. Qatarda olan hər 5 vaqonda sərnişinlər üçün keçid mövcuddur. Həmçinin vaqonlar son texnologiyalarla təmin edilib".

N.Paşayev deyib ki, yeni qatarların sərnişin tutumu digərlərinə nisbətən daha çoxdur: "Bənövşəyi xəttin B3 adlanan stansiyasında tikinti işlərini daha da sürətləndirmişik. Həmçinin Dərnəgül elektrik deposunda da işlər sürətlə davam etdirilir".






























Teqlər: Metro   Qatar   Vaqon  





Xəbər lenti