Azərbaycanın 38 yaşlı naziri - DOSYE

Azərbaycanın 38 yaşlı naziri - DOSYE
  21 Aprel 2018    Oxunub:15918
Xəbər verdiyimiz kimi, Sahil Rafiq oğlu Babayev prezidentin sərəncamı ilə iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilərək əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. O, yeni vəzifəsində Səlim Müslümovu əvəz edib.
AzVision.az xəbər verir ki, Sahil Babayev 1980-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər" sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur.

1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində çalışıb.

2006-2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib.

2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Ailəlidir, 1 övladı var.

AzVision.az


Teqlər: Sahil-Babayev  





Xəbər lenti