Rusiya və NATO generalları Bakıda razılığa gəliblər
"Danışıqlar mövcud vəziyyət və təlimlərlə bağlı məsələlərə həsr olunub. Görüş hərbi rabitə xətlərinin dəstəklənməsinə qarşılıqlı marağın olduğunu nümayiş etdirir. Bu da NATO-nun dialoq və şəffaflıq siyasətinə uyğundur. Skaparrotti və Gerasimov Bakıda keçirilən görüşdə gələcəkdə də hərbi xətlə əlaqələrdən istifadənin davam etdirilməsi barədə razılığa gəliblər", - deyə NATO-nun mətbuat xidmətinin məlumatında qeyd olunub.
Qeyd edək ki, bu gün Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Bakıda NATO-nun Avropadakı Silahlı Qüvvələrinin baş komandanı, ordu generalı Kertis Skaparotti ilə görüşüb. Generallar görüşdən əvvəl Azərbaycan prezidenti İlham Əliyevin qəbulunda olublar.
AzVision.az
Teqlər: NATO Rusiya Bakı General