Prezident seçkilərinin yekun nəticələri sabah açıqlanacaq

Prezident seçkilərinin yekun nəticələri sabah açıqlanacaq
  14 Aprel 2018    Oxunub:1863
Sabah Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinin yekun nəticələrini açıqlayacaq.
Bu barədə AzVision.az-a MSK-dan məlumat verilib.

Yekun protokol tərtib olunduqdan sonra sənəd Konstitusiya Məhkəməsinə göndəriləcək. Konstitusiya Məhkəməsi isə Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonrakı 14 gün ərzində, yəni aprelin 25-dək rəsmən elan etməlidir.

Xatırladaq ki, aprelin 11-də keçirilmiş prezident seçkilərinin ilkin nəticələrinə əsasən, İlham Əliyev 86,03 faiz, Zahid Oruc 3,11 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz və Razi Nurullayev 0, 74 faiz səs toplayıb. Prezident seçkilərində 5 milyon 314 min 365 seçicidən 3 milyon 962 min 123 nəfəri iştirak edib, seçici fəallığı 74,30 faiz olub.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti