Avrasiya Yəhudi Konqresindən prezidentə məktub

Avrasiya Yəhudi Konqresindən prezidentə məktub
  13 Aprel 2018    Oxunub:1214
Avrasiya Yəhudi Konqresinin baş direktoru Haim Ben-Yakov, Avrasiya Yəhudi Konqresinin idarə heyətinin rəhbəri Aaron Frenkel və Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvili prezident İlham Əliyevə təbrik məktubu göndəriblər.
AzVision.az xəbər verir ki, Avrasiya Yəhudi Konqresinin rəhbərləri prezident seçkilərində qələbə münasibətilə İlham Əliyevi Konqres və Azərbaycanın yəhudi icması adından təbrik ediblər.

"Azərbaycan yəhudiləri Sizin müdrik milli siyasətinizə və antisemitizmə qarşı mübarizədə ardıcıl sərt mövqeyinizə görə Sizə təşəkkür edirlər.

Azərbaycanla İsrail arasında səmimi dostluq münasibətlərinin, iqtisadi əlaqələrin inkişafında və möhkəmlənməsində Sizin rolunuzu yüksək qiymətləndiririk. Əminik ki, Azərbaycanın yəhudi icması bundan sonra da öz ölkəsinin rifahı naminə işlərdə fəal iştirak edəcək", - deyə təbrikdə vurğulanır.

AzVision.az


Teqlər: İlham-Əliyev   Avrasiya-Yəhudi-Konqresi  





Xəbər lenti