Baş nazir tıxacda qaldı

Baş nazir tıxacda qaldı
  05 Mart 2013    Oxunub:1449
Tıxac Ərdoğanı yarım saat yolda qoyub.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Atatürk Hava Limanına gedərkən yolda tıxaca düşüb. AzVision.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul nəqliyyatının sıxlığına uğrayan nazir burada yarım saata yaxın vaxt itirsə də, aeroporta vaxtında yetişə bilib.

Qeyd edək ki, mühafizəçiləri ilə birgə hərəkət edən Ərdoğan yolun yarısını normal şəkildə gəlib. Lakin maddi ziyanla nəticələnən qəza onları yarı yolda qoyub. Həmçinin, naziri təqib edən mətbuat üzvləri də tıxaca yaxalanıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti