MSK yeni nəticələri açıqladı: İlham Əliyev 86,03 faiz səs toplayıb (VİDEO)

MSK yeni nəticələri açıqladı: İlham Əliyev 86,03 faiz səs toplayıb (VİDEO)
  12 Aprel 2018    Oxunub:3894
Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələrinə dair yeni məlumatları açıqlayıb.

AzVision.az-ın məlumatına görə, MSK sədri bildirib ki, 125 seçki dairəsinin hər birində seçki baş tutub. M.Pənahovun sözlərinə görə, səsvermə keçirilmiş 5641 məntəqənin hər birindən MSK-ya məlumatlar daxil olub, 3 962 096 bülleten artıq sayılıb.
““Daxil olan məlumatlar araşdırılarkən 3 949 646 səs 99.68 faizetibarlı hesab edilib. 12 490 səs - 0.32 faiz etibarsız hesab olunub. Bu səslərin bölünməsi belədir: İlham Əliyev 3 397 664 səs – 86.03 faiz, Araz Əlizadə 54 603 səs – 1.38 faiz, Hafiz Hacıyev, 59 977 səs – 1.52 faiz, Qüdrət Həsənquliyev 119 390 səs – 3.02 faiz, Fərəc Quliyev 46 010 səs – 1.17 faiz, Sərdar Cəlaloğlu 119 674 səs – 3.03 faiz, Razi Nurullayev 29 282 səs – 0.74 faiz, Zahid Oruc 123 006 səs – 3.11 faiz. Nəticələr göstərir ki, İlham Əliyev böyük səs çoxluğu ilə liderlik edir”.



Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Seçki   Məzahir-Pənahov  





Xəbər lenti