Dövlət rəsmiləri səs verdilər - FOTOLAR (Yenilənib)

Dövlət rəsmiləri səs verdilər - FOTOLAR (Yenilənib)
  11 Aprel 2018    Oxunub:3685
Azərbaycanda prezident seçkiləri üzrə səsverməyə start verilib.

AzVision.az xəbər verir ki, səsvermə saat 08:00-da başlayıb 19:00-da sona çatacaq. Artıq dövlət rəsmiləri səsvermədə iştirak edirlər. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 36 saylı Xətai seçki dairəsinin 4 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev də sözügedən seçki dairəsinin 3 saylı məntəqəsində səs verib. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov isə 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 7 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.



Eyni zamanda Baş nazir Artur Rəsizadə prezident seçkilərində səsverməyə qatılıb. Baş nazir 16 saylı II Yasamal seçki dairəsinin 29 saylı seçki məntəqəsində səs verib. Baş nazirin birinci müavini Yaqub Eyyubov isə 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 27 saylı seçki məntəqəsində səs verib. Baş nazirin digər müavini İsmət Abasov 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 21 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.



Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov da prezident seçkilərində səsvermədə iştirak edib. Parlamentin spikeri 23 saylı Nəsimi-Səbael Seçki Dairəsinin 22 saylı seçki məntəqəsində səs verib. Vergilər naziri Mikayıl Cabbarov da Azərbaycanda keçirilən prezident seçkilərində səs verib. O, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 27 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.





AzVision.az



Teqlər: Seçki   Səsvermə  





Xəbər lenti