“Sabah xoşagəlməz hal baş verməyəcək...” - Məzahir Pənahov

“Sabah xoşagəlməz hal baş verməyəcək...” -  Məzahir Pənahov
  10 Aprel 2018    Oxunub:1369
“Seçkilərin şəffaf keçirilməsi üçün bütün addımlar atılıb”

AzVision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib. Komissiya sədri bildirib ki, müşahidəçilərin səsverməni izləmələri üçün bütün şərait yaradılıb.
M.Pənahov, həmçinin qeyd edib ki, səsvermə günü təhlükəsizlik təmin olunmalıdır, bunun üçün polis orqanları məsuliyyət daşıyırlar.

“Mərkəzi Seçki Komssiyası polis orqanları ilə seminar-müşavirə keçirib, səsvermə günü atılacaq addımlar müzakirə edilib. Hesab edirəm ki, sabah xoşagəlməz hal baş verməyəcək”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Məzahir-Pənahov  





Xəbər lenti