"O insanlar vətənini sevirsə..."

"O insanlar vətənini sevirsə..."
  07 Aprel 2018    Oxunub:2196
"Bu insanlar, əgər dedikləri kimi, vətənini, xalqını sevirsə, nə üçün Xocalı soyqırımı vaxtı və 20 Yanvar tarixində ermənilərə qarşı səslərini çxartmırlar?" Bunu Yeni Azərbaycan Partiyasının üzvü, xalqinfo.az saytının baş redaktoru Tural Məmmədov deyib. O, bildirib ki, son zamanlar Avropada yaşayan bəzi “mühacir” azərbaycanlılar dövlətçiliyimizə və sabitliyimizə xələl gətirməyə cəhd edirlər:
“Bunların əsas məqsədi hansısa qüvvələrin maraqlarına xidmət edərək, öz çirkin əməllərini həyata keçirməkdir. Bu ərəfədə, prezident seçkilərinin keçiriləcəyi tarixi bir məqamda bu azğınların daha da çevik olmaları diqqət çəkən məqamlardan biridir”.

T.Məmmədov vurğulayıb ki, bu gün mənəviyyatını itirmiş, əqidəsini dəyişmiş Vidadi İsgəndərli, Orduxan Teymurxan, Tural Sadıqlı kimi satqınların Avropa ölkələrində dövlətimizin, xalqımızın adını aşağılamağa cəhd etmələri düzgün deyil:

- Bu gün cənab Prezident İlham Əliyevin apardığı siyasət tam şəkildə Azərbaycan xalqının inkişafına, dövlətimizin və dövlətçiliyimizin bərqərar olmasına cavab verir. Həmçinin bir rəhbər kimi nəinki ölkə daxilində, bütün dünyada böyük nümunə ola biləcək bir liderdir. Belə bir məqamda düşmənlərin əsas məqsədi xarici mühacirlərin əli ilə Azərbaycanın sabitliyini pozmaq, cənab prezidentin xalqına xidmət göstərdiyi siyasi proseslərə kölgə salmaq və Azərbaycanda qarışıqlıq yaratmaqdan ibarətdir. Bir gənc olaraq, o mənəviyyatını itirmiş, azərbaycanlı olduqlarını unutmuş və tarixi faciələrimizi yaddan çıxardıb, öz şəxsi maraqlarına görə min cür işlərdən çıxan bu insanlara çatdırmaq istəyirəm ki, gec-tez Azərbaycan qanunları qarşısında cavab verəcəksiniz.

Onların xüsusi hazırlanmış adamlar olduğunu qeyd edən YAP üzvü bu şəxslərin pula görə öz mənəviyyatlarını satdığını, düşmən dəyirmanına su tökdüyünü qeyd edib: “Aprelin 11-də prezident seçkiləri keçiriləcək. Azərbaycan xalqı öz seçimini edəcək və mən əminəm ki, bütün xalqımız əsl lider, xalqını sevən şəxsiyyətə səs verəcək. Azərbaycan xalqı bugünkü inkişafı tarix boyu görməyib”.


Teqlər:





Xəbər lenti