Məşhurlar “Zəfərə doğru” deyib birləşdilər – FOTOLAR

Məşhurlar “Zəfərə doğru” deyib birləşdilər – FOTOLAR
  06 Aprel 2018    Oxunub:5983
Azərbaycan yazıçılar birliyinin üzvi, nəğməkar-şair Cəlal Qurbanov yeni layihəsi üçün azərbaycanlı məşhurları bir araya toplayıb.
AzVision.az xəbər verir ki, Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Arif Babayev, Nəzakət Teymurora, Təranə Muradova, Afaq Məlikova, Mənsum İbrahimov, Könül Xasıyeva, Nurəddin Mehdixanlı, aktyorlardan Xalq artisti Ramiz Novruz və Firəngiz Mütəllimova, Əməkdar artistlər Mehriban Zəki, Bəhram Bağırzadə, Vəfa Zeynalova, həmçinin Tahir və Cabir İmanov qardaşları, Səidə Quliyeva, Sevda və Emma Ələkbərzadə bacıları, müğənnilərdən Tünzalə Ağayeva, Natavan Həbibi, Zamiq Hüseynov, Abbas Bağırov, “Eurovison” təmsilçilərimiz Elnur Hüseynov, Nigar Camal, Eldar Qasımov, Samir Cavadzadə, Səbinə Babayeva, millət vəkili Qənirə Paşayeva, ictimai-siyasi xadim Səyyad Aran, şair Nigar Həsənzadə, aparıcılardan Şərqiyyə Hüseynova, Roza Tağıyeva, Ofeliya Sənani, Natavan Hacıyeva, Dilarə Səlim, Emin Şahzadə, Leyla Quliyeva, Kamilə Babayeva, Ranar Musayev, Nərgiz Cəlilova və başqaları sözləri Cəlal Qurbanova, musiqisi isə Xalq artisti Eldar Mansurova aid olan “Zəfərə doğru” mahnısının klipində rol alıb.

Türkiyədə yaşayan balaban ifaçısı Əlixan Səmədov və Məlahət Abbasova da çəkiliş üçün qardaş ölkədən Bakıya gəlib.



Rejissorluğunu Etibar Babayevin etdiyi möhtəşəm klipdə Aprel döyüşlərində ölkəmizin ərazi bütövlüyü uğurunda mübarizə aparan qəhrəmanlarımız yer alıb.

Klipdə Olimpiya çempionlarımızdan Zemfira Mehdiyətdinova, Namiq Abdullayev, Fərid Mansurov, Toğrul Əsgərov, tanınmış idmançılardan Fizuli Musayev, Rəhman Hətəmov, İlqar Abdulov, eləcə də Asan könüllüləri, Formula 1 yarışının könüllüləri və Bakı Şəhəri Gənclər və İdman baş idarəsinin aktiv iştirakçıları rol alıb.

Eyni zamanda ötən əsrin 70-ci illərində Bakıdakı 6 saylı orta məktəbdə dövlət başçısı İlham Əliyevə dərs demiş 88 yaşlı biologiya müəlliməsi Emma Kazımova da iştirak edib.



Çəkilişlər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda baş tutub. Cəlal Qurbanovun sözlərinə klip tezliklə tamaşaçılara təqdim olunacaq.

Layihənin əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan xalqının milli birliyi və həmrəyliyi nümayiş olunsun, vətənpərvərlik hisslərinin təbliğatı aparılsın.

Sənət adamlarının və ictimai xadimlərin Bakının mərkəzinə toplaşması izdihama səbəb olub. Klip çəkilişlərindən maraqlı kadrları təqdim edirik:

Qalereya




Teqlər:





Xəbər lenti