Ramil Usubov Kamran Əliyevin vəzifəsini dəyişdirdi

Ramil Usubov Kamran Əliyevin vəzifəsini dəyişdirdi
  04 Aprel 2018    Oxunub:11328
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin vəzifəsi dəyişdirilib.
K.Əliyevin AzVision.az-a bildirdiyinə görə, o, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad edilərək idarənin Yol-Patrul Xidməti şöbəsinə rəis təyin edilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, mayor Rüfət Quliyev isə İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Kamran-Əliyev   DYP  





Xəbər lenti