Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı başa çatıb

Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı başa çatıb
  04 Aprel 2018    Oxunub:1070
2018-ci ilin aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizədlər üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtı başa çatıb.
AzVision.az-ın məlumatına görə, qeydə alınmış namizədlər həftədə 3 dəfə saat 19.00-da başlamaqla radioda, 3 dəfə isə saat 22.00-da başlamaqla televiziyada hər dəfə 1 saat davam edən “dəyirmi masa”da hər bir namizəd 7 dəqiqə 30 saniyə çıxış edib.

Bununla belə prezidentliyə namizədlər və onların səlahiyyətli nümayəndələri aprelin 10-u qədər 08:00-dək ödənişli efir vaxtından istifadə edə bilərlər. Onlar təkcə İctimai Televiziya və Radio Yayımları Şirkətində yox, ödənişli seçkiqabağı təşviqata qoşulan KİV-lərdə təşviqat apara bilərlər.

Qeyd edək ki, İTV-də prezidentliyə qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının saniyəsi minimum 20 manat, maksimum qiyməti isə 50 manatdır. İctimai radioda isə çıxışın saniyəsi minimum 7, maksimum 25 manat müəyyən edilib.

Xatırladaq ki, Azərbaycanda seçkiqabağı təşviqat aprelin 10-u saat 08:00-da dayandırılacaq.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər: İTV   Namizəd   Debat  





Xəbər lenti