Siyavuş Novruzov deputatları tənqid etdi: "Tərif üçün sıraya düzülürlər"

Siyavuş Novruzov deputatları tənqid etdi: "Tərif üçün sıraya düzülürlər"
  03 Aprel 2018    Oxunub:3758
“Xaricdə yaşayan bəzi azərbaycamlılar erməni lobbisinin dəstəyi ilə Azərbaycan qarşı iş aparırlar. Fransada Azərbaycanın səfirliyi qarşısında aksiya keçirirlər. Bir dəfə də olsun, Ermənistanın səfirliyi qarşısında aksiya keçirməyiblər”

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
O, bildirib ki, belə azərbaycanlılar sapı özümüzdən olan baltalardır: “Vətənə, Azərbaycan ordusuna qarşı müxalif olmaq olmaz. Bu məsələdə cəmiyyətin fikri yekdil olmalıdır. Hamı mövqeyini bildirməlidir. Həmin insanlar ölkə prezidentini təhqir etməməlidir. Tərif məsələsi ortaya çıxanda deputatlar sıraya düzülürlər, amma ölkəni müdafiə etmək məsələsi ortaya qoyulanda hərə bir tərəfə çəkilir, mövqeyinizi ortaya qoyun”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Siyavuş-Novruzov  





Xəbər lenti