`Cəmil Həsənli deputat olmamasının qisasını alır`

`Cəmil Həsənli deputat olmamasının qisasını alır`
  04 Oktyabr 2013    Oxunub:1319
"2010 –cu ildə Cəmil Həsənli deputat olsaydı, bu gün o, televiziyaya İlham Əliyevin vəkili kimi çıxacaqdı”
AzVision.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlının “OLAYLAR”-a müsahibəsini təqdim edir.

-Niyaməddin bəy, seçkiöncəsi ölkədəki ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz? Azərbaycan hökuməti seçkilərin azad və demokratik şəkildə keçirilməsinə nail olacaqmı?

-Artıq seçki kampaniyasının əhəmiyyətli hissəsi geridə qalıb. Təşviqat kampaniyasına 4 gün qalıb. Secki prosesi normal istiqamətdə davam edir. Demək olar ki, xalq bütün namizədlərlə yaxından tanış ola bilib. Aparılan teledebatda namizədlərin çıxışı bunu deməyə imkan verir. 10 namizəd hər biri özü haqqında kifayət qədər ictimaiyyəti məlumatlandırıblar. Azərbaycan hakmiyyəti istər imzatoplama kampaniyasında, istərsə də ondan sonrakı proseslərdə hər hansı bir namizəd üçün ciddi və əhəmiyyətli maneçilik törətməyib. Qeydiyyata alınan namizədlərin demək olar ki, hamısı partiya sədrləri və ya siyasətlə məşğul olan şəxslərdir. Bu gün hamıdan çox iqtidar maraqlı olmalıdır ki, bu seçkilər ədalətli və şəffaf şəraitdə aparılsın və keçirilsin. Düşünürəm ki, Azərbaycan iqtidarı da bu siyasəti aparır. İstər radikal müxalifətin namizədinə, istərsə də konstruktiv müxalifətin namizədinə və digər namizədlərə bərabər şərait yaradılır. İndiyə qədər cəmiyyət elə bir fakta rast gəlməyib ki, hər hansı bir namizədə imkan və şərait yaradılmasın. İstəlilən namizəd üçün həm bölgələrdə, həm də Bakıda seçicilərlə görüşə geniş şərait yaradılıb. Bu cür faktlara söykənərək bu fikri bildirirəm ki, seckilər ədalətli keçiriləcək.

-Bəzi namizədlər təbliğat kampaniyası zamanı alternativlərinə qarşı təhqiredici ifadələrə yol verirlər. Bu nə dərəcədə normaldır?

-Bu hallar cəmiyyət tərəfindən qətiyyən qəbul edilmir. Təhqir edən namizəd əsasən kimlərdi? Eyni komandada təmsil olunan keçmiş nazir Hafiz Hacıyev və həmin vaxt prezidentin müşaviri vəzifəsində təmsil olunan Cəmil Həsənli. Elm adamı olan Cəmil Həsənli son dərəcə əsəbi və özünü idarəetmək imkanı olmayan, hətta aşağılayıcı ifadələr işlətməkdən belə çəkinməyən namizəd kimi görünür. Bu adam Hafiz Hacıyevin qabağında duruş gətirə bilmirsə, xalqa neçə rəhbərlik edəcək? Ümumilikdə mən istənilən təhqirin əleyhinəyəm.

-Görünən odur ki, cəmiyyət Milli Şuranın namizədinə dəstək vermir. Belə olan halda növbəti biabırçı məğlubiyyət radikal müxalifət üçün nə vəd edəcək?

-Radikal müxalifətin namizədi Cəmil Həsənlinin məğlubiyyəti artıq indidən görünməkdədir. Cəmil Həsənli indiyə qədər Bakı şəhərinin mərkəzində 2 dəfə görüş – mitinqi keçirib. Nə qədər sadə vətəndaş bu mitinqə gəlib? Mitinqə gələnlərin neçə faizi siyasətlə məşğul olmayan seçici idi? Cəmil müəllim və bütün cəmiyyət də gördü ki, həmin mitinqə gələnlərin demək olar kı, hamısı partiya üzvləri və onların yaxın qohumlarıdır. Kütləvi halda heç 10 000 dəstəyi yoxdur. Digər tərəfdən xalq yaxşı bilir ki, Rusiyanın layihəsi olan “Milli Şura”nın ehtiyat namizədi Cəmil Həsənlini niyə irəli sürüblər. Hamı yaxşı bilir ki, Cəmil Həsənli bu hakmiyyətin siyasətini müdafiə edən və Azərbaycanı Qafaqazda lider dövlətə çevirən prezidentin İlham Əliyevin olmasına dair tonlarla kitab yazıb, onları Avropaya və Qərbə göndərən də Cəmil Həsənlidir. 2010 –cu ildə Cəmil Həsənli deputat olsa idi, bu gün o, televiziyaya İlham Əliyevin vəkili kimi çıxacaqdı. Bunu da xalq yaxşı bilir. Cəmil müəlim deputat olmamağının “qısasını” almaqla məşğuldur. Buna görə də seçkidən sonra radikal müxalifət bu məğlubiyyəti Cəmil Həsənlinin üzərinə qoymaqla seçki dövrünü bitirmiş olacaq. 2015-ci ildə isə ümumiyyətlə radikal müxalifət son dərəcə zəif durumda olacaq. Çünki hər seçkidən sonra bu düşərgəni xeyli sayda insanlar tərk edir.

-Hər zaman seçkidən sonra məğlub olan bəzi siyasi dairələr ölkədə siyasi gərginlik yaratmağa, qarşıdurmaya cəhdlər edirlər. Belə bir təhlükəli məqam gözlənilirmi?

-Radikal müxalifətin əsas siyasəti ona yönəlib ki, seçki bitəndən sonra xalqın bir “nəbzini” yoxlasınlar. Çox güman ki, yenə də bu metoddan istifadə edəcəklər. Odur ki, bir daha həmin gənclərə müraciət edirəm ki, bu qarşıdurmalarda qətiyyən iştirak etməyin və bunun son 20 ildə heç bir nəticəsi olmayıb, olmayacaq da. Əksinə özünüz məhrumiyyətlərlə qarşılaşa bilərsiniz. Bu gün nə Cəmil Həsənliyə, nə də İsa Qəmbərə görə həbsxanaya düşməyə dəyməz. Sonralar çox peşman olacaqsınız. Odur ki, indidən emosiyalar, hisslərinizlə deyil, sakit və təmkinli düşüncələrinizlə qərar verin. Əli Kərimli 7 il türmədə yatan Rüslan Bəşirlinin bir dəfə də olsun ziyarətinə getməyibsə, sizlərin də ziyarətinə gəlməyəcək.

-AXCP sədrinin maliyyə vəsaiti mənimsəməsi ilə bağlı açıqlanan faktlar bu partiya daxilində əlavə problemlər, parçalanmalar yarada bilərmi?

-İlk dəfə Əli Kərimlinin 1 il ərzində banklardan 8 milyon dollardan yuxarı vəsaitin götürməsi faktını prezidentliyə namizəd , BAXCP sədri Qüdrət Həsənquliyev cəmiyyətə çatdırdı. Həmin sənədləri efir vasitəsi ilə xalqa göstərdi. Bu danılmaz faktdır. Həmin pulları Əli Kərimli bankdan qohumlarının, yoldaşının, oğlunun, baldızının və digərlərin adına götürüb. Bu səbəbdən də Əli Kərimlinin yanında olan şəxslər bu faktdan sonra şokdadırlar. Seçkidən sonra yenə də Əli Kərimlinin yanından istefalar olacaq. Tezliklə hamı bunun şahidi olacaq.




Teqlər:  





Xəbər lenti