Dövlət qulluğuna sənəd qəbulu başladı

Dövlət qulluğuna sənəd qəbulu başladı
  04 Oktyabr 2013    Oxunub:1050
Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edib.
Komissiyadan AzVision.az verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün vətəndaşlar "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı oktyabrın 4-dən noyabrın 4-ü saat 18:00-dək, ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar isə sənədlərini oktyabrın 4-dən oktyabrın 23-ü saat 18:00-dək DQMK-ya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidirlər.

Müraciət forması elektron (müsabiqə üçün) şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.


Teqlər:





Xəbər lenti