Zakir Həsənov Anıtqəbiri ziyarət edib - FOTO

Zakir Həsənov Anıtqəbiri ziyarət edib - FOTO
  28 Mart 2018    Oxunub:921
Ankarada rəsmi səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 28-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti məzar önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib. Müdafiə naziri Xatirə kitabına ürək sözlərini yazıb.



AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Zakir-Həsənov  





Xəbər lenti