İsmayıllıda 11-ci sinif şagirdi itkin düşüb - FOTO

İsmayıllıda 11-ci sinif şagirdi itkin düşüb - FOTO
  28 Mart 2018    Oxunub:1854
İsmayıllı rayonunda 18 yaşlı gənc itkin düşüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az-a verilən xəbərə görə, 2000-ci il təvəllüdlü Bilal Nağıyev martın 27-də səhər saatlarında rayonun İsmayıllı kəndində yaşadıqları evdən məktəbə getmək adı ilə çıxıb və geri qayıtmayıb. Bilal Nağıyevin əlamətləri: Boyu 180 sm, arıq bədən quruluşlu, xüsusi əlamət kimi sifətinin sağ tərəfində çapıq var.



O, evdən çıxarkən əynində qırmızı rəngli jaket, göy rəngli qolsuz gödəkçə, qara rəngdə cins şalvar olub. Həmin şəxsi görənlərdən İsmayıllı Rayon Polis Şöbəsi, eləcə də 020-28-5-11-89, 055 268 07 67 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

AzVision.az


Teqlər: DİN   İtgin  





Xəbər lenti