Naxçıvan DTX-nın əməkdaşları təltif edilib

Naxçıvan DTX-nın əməkdaşları təltif edilib
  28 Mart 2018    Oxunub:2576
Prezident İlham Əliyevin 2018-ci il 26 mart tarixli sərəncamı ilə Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları təltif ediliblər.
AzVision.az xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları da var.

Onlardan mayor Məmmədquliyev Əli Şüceyib oğlu “Vətən uğrunda” medalı ilə, mayor Paşayev Qənimət Əliheydər oğlu və mayor Hacıyev Ramil Kamil oğlu “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər.

AzVision.az


Teqlər: Naxçıvan   DTX   Təltif  





Xəbər lenti