Mədət Quliyev veloyürüşdə - FOTOLAR

  25 Mart 2018    Oxunub : 6081
Mədət Quliyev veloyürüşdə - FOTOLAR
Martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 ili tamam olur. Ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il 28 mart Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ictimai əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, peşə bayramı ərəfəsində DTX nəzdindəki Velosiped İdman Klubunun (VİK) təşkilatçılığı ilə Bakıda veloyürüş keçirilib.

Veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev, DTX VİK və AzVİF-in üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.

DTX-nin inzibati binasının önündən start götürən veloyürüş Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb. Yürüşə qatılan velosipedçilər 12 kilometr məsafə qət ediblər.

DTX-nin nəzdindəki Velosiped İdman Klubu Xidmətin əməkdaşlarının təşəbbüsü və bu idman növünə olan kütləvi maraq nəzərə alınaraq 2017-ci il dekabrın 24-də Dövlət Təhlükəsizliyi Xidməti rəisinin əmri ilə təsis edilib.

















AzVision.az

Teqlər: DTX   Mədət-Quliyev   Veloyürüş