İlham Əliyevdən Bakıda infarkt keçirən türk deputata jest

İlham Əliyevdən Bakıda infarkt keçirən türk deputata jest
  22 Mart 2018    Oxunub:20739
Ötən həftə Bakıda infarkt keçirən türkiyəli deputat, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sabiq baş katibi Ekmeleddin İhsanoğlu İstanbula Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən xüsusi təyyarə ilə aparılıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İhsanoğlu İstanbulda özəl klinikada müayinədən keçdikdən sonra evə buraxılıb. Hazırda deputatın vəziyyətinin yaxşı olduğu bildirilir.

Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onunla əlaqə saxlayaraq, durumu ilə maraqlanıb.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş VI Qlobal Bakı Forumunun “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panelində Ekmeleddin İhsanoğlunun vəziyyəti pisləşib. O, dərhal Mərkəzi Klinik Xəstəxanaya aparılıb. Deputatın infarkt keçirdiyi məlum olub. Həkimlərin müdaxiləsindən sonra İhsanoğlunun vəziyyəti stabilləşib.

AzVision.az




Teqlər: Ekmeleddin-İhsanoğlu   Deputat   İnfarkt   Bakı  





Xəbər lenti