“ASAN həyat şənliyi” baş tutacaq
“ASAN həyat şənliyi” şüarı ilə baş tutan konsert proqramında məşhur sənətçilər səhnədə bir – birindən möhtəşəm mahnılarını ifa edəcəklər. Bayram proqramı şənliyinə məşhur aktyorların imza günü və film təqdimatı da daxildir.
Qeyd edək ki, “ASAN həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edirlər. “ASAN həyat” Kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.
AzVision.az
Teqlər: ASAN-Xidmət