"Son 14 ildə əmək haqqı 6,8 dəfə artıb" - Artur Rasizadə

"Son 14 ildə əmək haqqı 6,8 dəfə artıb" - Artur Rasizadə
  16 Mart 2018    Oxunub:1443
“Son 14 il ərzində Ümumi Daxili Məhsul (ÜDM) 3,2 dəfə, sənaye istehsalı 2,6 dəfə, əhalinin adambaşına düşən gəliri 7,2 dəfə, əmək haqqı 6,8 dəfə artıb. Bu müddətdə 1 mln. 900 mindən çox iş yeri açılıb”.
AzVision.az xəbər verir ki, bunu Baş nazir Artur Rasizadə 2017-ci ilin yekunlarına dair hesabat məruzəsini təqdim edərkən deyib.

Baş nazir bildirib ki, bu illər ərzində yoxsullluq səviyyəsi 44,7%-dən 5,4%-ə enib: “Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq 2017-ci ilin sonuna 42 mlrd. dollar təşkil edib. Əhalinin təbii qazla təmin edilməsi kimi sosial problemin həlli ilə bağlı davamlı tədbirlər nəticəsində qazlaşmasının səviyyəsinin 51%-dən 93%-ə yüksəldilib”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Artur-Rasizadə  





Xəbər lenti