Mehriban Əliyeva mükafata layiq görüldü - FOTO

Mehriban Əliyeva mükafata layiq görüldü - FOTO
  15 Mart 2018    Oxunub:2703
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı təqdim olunub.
AzVision.az xəbər verir ki, mükafatın təqdimatı “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumunda baş tutub.

Belə ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təhsilin və mədəniyyətin inkişafındakı xidmətlərinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı ilə təltif edilib.

Birinci xanım Mehriban Əliyeva çıxış edərək bu yüksək mükafatla təltif olunmasına görə minnətdarlığını bildirib.

Qeyd edək ki, bu gün Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb. Forumda Prezident İlham Əliyev də iştirak ediB.





AzVision.az



Teqlər: Mehriban-Əliyeva   Mükafat  





Xəbər lenti