Naxçıvanda təşviqat yerləri məlum oldu - SİYAHI

Naxçıvanda təşviqat yerləri məlum oldu -  SİYAHI
  15 Mart 2018    Oxunub:2088
11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar olaraq seçkiqabağı təşviqatın aparılması 19 mart 2018-ci il tarixdə başlanır və 2018-ci il aprelin 10-u saat 8:00-da dayandırılır.
AzVision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq açıq və qapalı yerlər kimi müəyyən olunub:

Naxçıvan şəhərində
Açıq yer – Naxçıvan Şəhər Stadionu
Qapalı yer – “Gənclik” Mərkəzi

Babək rayonunda
Açıq yer – Babək Rayon Tarix Diyarşünaslıq Muzeyinin qarşısı
Qapalı yer – Babək qəsəbə 1 nömrəli tam orta məktəbin akt zalı

Culfa rayonunda
Açıq yer – Culfa Şəhər Stadionu
Qapalı yer – Culfa Rayon Mədəniyyət Evi

Şahbuz rayonunda
Açıq yer – Şahbuz Şəhər Stadionu
Qapalı yer – “Araz” kinoteatrı

Şərur rayonunda
Açıq yer –Şərur Rayon Mədəniyyət Evinin qarşısı
Qapalı yer – “Bahar” kinoteatrı

Ordubad rayonunda
Açıq yer – Ordubad Şəhər Tədbirlər Meydanı
Qapalı yer – Ordubad Rayon Mədəniyyət Evi

Kəngərli rayonunda
Açıq yer – Qıvraq Qəsəbə Stadionu
Qapalı yer – Kəngərli Rayon Mədəniyyət Ev

Sədərək rayonunda
Açıq yer – Sədərək Rayon Mədəniyyət Evinin qarşısı
Qapalı yer – Sədərək Rayon Mədəniyyət Evi

AzVision.az


Teqlər: Naxçıvan   Seçki   Təşviqat  





Xəbər lenti