Erməni qatili erməni çıxdı

Erməni qatili erməni çıxdı
  04 Mart 2013    Oxunub:1422
İstanbulda ahıl ermənilərə hücum və qətldə şübhəli bilinən şəxs saxlanılıb.
Türkiyədə “Samatya canisi” adı ilə tanınan və uzun zamandır axtarılan Murat Nazaryan bu gün İstanbul polisi tərəfindən saxlanılıb. İstanbul polisi ötən ilin dekabrında Samatyada qətlə yetirilən 84 yaşlı Marissa Küçüyün çantasındakı zərfdə aşkarlanan qan izinin cinayətkar Nazaryanın qan nümunəsi ilə üst-üstə düşdüyünü müəyyənləşdirib. Bundan sonra polis ittihamları rədd edən 38 yaşlı Nazaryanı Fatihdəki pansionatların birində yaxalayıb.

Xatırladaq ki, “Samatya canisi” ötən ilin dekabrında 84 yaşlı Marissa Küçüyə yeddi bıçaq zərbəsi endirib, daha sonra isə başını kəsib. Bu ilin yanvarında isə daha iki erməni əsilli ahıl qadına hücum edib. Onlardan biri, 87 yaşlı Turfada Aşık hücum nəticəsində görmə qabiliyyətini itirib, digər ahıl qadın isə ağır yaralanıb. Caninin son qurbanı, 84 yaşlı Sultan Aykar Nazaryanın hücumu nəticəsində ağır əməliyyat keçirməli olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti