Daha 3 nəfərin prezidentliyə namizədliyi qeydə alındı

Daha 3 nəfərin prezidentliyə namizədliyi qeydə alındı
  10 Mart 2018    Oxunub:2136
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Azərbaycan prezidentliyinə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyevin, prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafız Hacıyevin və prezidentliyə namizədliyi “AXC” təşəbbüs qrupu tərəfindən irəli sürülən Razi Nurullayevin namizədliyinin qeydə alınması məsələsinə baxılıb.
AzVision.az xəbər verir ki, namizədlərlə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib. O bildirib ki, həmin şəxslər namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini MSK-ya təqdim ediblər. Onların namizədliklərinin qeydə alınması üçün əsaslar var.

Hər 3 şəxsin prezidentliyə namizədliyinin qeydə alınması məsələsi səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Seçki   Namizəd  





Xəbər lenti