Oqtay Əsədov oyunu izlədi - Deputatlar 3 qol vurdular
Komandalar hər biri 30 dəqiqədən ibarət iki hissədə mübarizə aparıblar. Azərbaycan-Latviya qarşılaşmasından əvvəl hər iki ölkənin dövlət himnləri səsləndirilib. Oyuna fəal başlayan Azərbaycan komandası rəqib qapısı qarşısında dəfələrlə təhlükəli vəziyyətlər yaradıb. Görüşdə hesab 28-ci dəqiqədə açılıb. İlk hissə komandamızın 1:0 hesablı üstünlüyü ilə başa çatıb. İkinci hissəyə çox fəal başlayan Azərbaycan komandası üstünlüyünü daha da artırıb. Beləliklə, görüş 3:0 hesabı ilə komandamızın xeyrinə yekunlaşıb.
Günün ikinci oyununda Türkiyə və Polşa komandaları üz-üzə gəliblər. Görüşə fəal başlayan Türkiyə təmsilçiləri qalib gəliblər. Görüş 5:1 hesablı qələbə ilə Türkiyə komandasının xeyrinə nəticələnib.
Xatırladırıq ki, turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandaları yarışırlar.
AzVision.az