Deputatların futbol yarışına start verilir - Yenilənib

Deputatların futbol yarışına start verilir - Yenilənib
  09 Mart 2018    Oxunub:2224
Bu gün Milli Məclisdə “Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan Parlament Komandalarıarası beynəlxalq futbol turniri” ilə bağlı püşkatma mərasimi olub.
AzVision.az xəbər verir ki, turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya Seymlərinin komandaları qarşılaşacaq.

Püşkatmaya əsasən, A qrupunda Azərbaycan və Latviya, B qrupunda isə Polşa və Türkiyə qərarlaşıb. Beş komanda olduğu üçün püşkə əsasən, Ukrayna birbaşa yarımfinala vəsiqə qazanıb. B qrupunda qalib gələcək komanda yarımfinalda Ukrayna ilə qarşılaşacaq. A qrupunun qalibi isə birbaşa finala çıxacaq.

Bu gün saat 16:00-da Azərbaycan-Latviya oyunu ilə turnirə start veriləcək. Oyunun ardınca isə Polşa və Türkiyə qarşılaşacaq.

Qeyd edək ki, turnir Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətiili” elan edilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq keçirilir.

***
Bu gün “Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan Parlament Komandalararası beynəlxalq futbol turniri”nə start verilir.

AzVision.az xəbər verir ki, turnir Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Uklrayna Ali Radasının, Polşa və Latviya Seymlərinin komandalarının iştiraklı ilə martın 9-11-də Bakıda keçiriləcək.

Oyunun əsas məqsədi parlament diplomatiyasına töhfə vermək, Azərbaycanın idman siyasətini tətbiq etməklə ölkənin mövqeyini beynəlxalq arenada möhkəmləndirmək, tanıtmaqdır. Bununla əlaqədar Milli Məclisdə parlamentin Gənclər və idman komitəsi ilə Türkiyə və Latviya parlametnlərinin müvafiq komitələri arasında Anlaşma Memorandum imzalanıb.

Bu gün baş tutacaq ilk oyunla turnirə strart veriləcək.

Qeyd edək ki, turnir Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq keçirilir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Deputat   Futbol   Turnir  





Xəbər lenti