Bəzi DSK-ların tərkibində dəyişiklik edilib

Bəzi DSK-ların tərkibində dəyişiklik edilib
  02 Mart 2018    Oxunub:1411
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası müzakirə olunub.
AzVision.az-ın məlumatına görə, iclasda seçicilərin məlumatlandırılması üçün 5 milyon 347 min 803 bildiriş çap edilməsi qərara alınıb.

İclasda, həmçinin prezidentliyə namizədliyi təsdiqlənən Tural Feyruz oğlu Abbaslının səlahiyyətli nümayəndəsi qeydə alınıb. Sonda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti