Birinci xanım yeni bağçanın açılışında - FOTOLAR

Birinci xanım yeni bağçanın açılışında - FOTOLAR
  02 Oktyabr 2013    Oxunub:1974
Oktyabrın 1-də Bakının Xətai rayonunda akademik Zərifə Əliyeva adına uşaq bağçası üçün tikilmiş yeni binanın açılışı olub.

AzVision.az xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva iştirak edib.

Mehriban Əliyevaya məlumat verilərək bildirilib ki, bağçanın həyətində uşaqların istirahəti üçün yüksək şərait yaradılıb. Burada köşklər, yay amfiteatrı, yelləncəklər, batut və digər əyləncə vasitələri qurulub.

Sonra birinci xanım Mehriban Əliyeva və Arzu Əliyeva bağçanın rəmzi açılışını bildirən lenti kəsiblər.

Heydər Əliyev Fondunun prezidentinə bildirildi ki, bağça mərkəzləşdirilmiş nəzarət kameraları ilə təchiz olunub. Binanın foyesində akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun həyata keçirdiyi layihələri əks etdirən xüsusi guşə yaradılıb.

Azərbaycanın birinci xanımı bağçada uşaqlar üçün yaradılan şəraitlə tanış olub.

Mehriban Əliyevaya bildirildi ki, müxtəlif yaşlı 8 qrup üçün nəzərdə tutulan bağçada yataq, yemək, dərs, musiqi, rəsm, əl işləri, kompyuter, tibb və müəllimlər otaqları mövcuddur. Otaqlardakı ekoloji cəhətdən təmiz materiallardan hazırlanan yataq dəstləri, oyuncaqlar və dərs ləvazimatları bütün sanitar-gigiyenik norma və standartlara cavab verir.

Bağçada uşaqların asudə vaxtlarının təşkili, eyni zamanda, əylənmələri üçün hovuz, idman, oyun və müxtəlif tədbirlərin keçirilməsi üçün zallar var, bağçanın divarlarını nağıl qəhrəmanlarının şəkilləri bəzəyir.

Qalereya




Teqlər:  





Xəbər lenti