Azərbaycan vətəndaşlarına “ASAN Viza” verilə bilər

Azərbaycan vətəndaşlarına “ASAN Viza” verilə bilər
  01 Mart 2018    Oxunub:5608
"ASAN xidmət"in Azərbaycan vətəndaşlarına viza verməsi məsələsi "ASAN viza" 2 konsepsiyası əsasında hazırlanıb.
AzVision.az xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

Onun sözlərinə görə, hazırda "ASAN xidmət"in Azərbaycan vətəndaşlarına viza verməsi üçün ilkin danışıqlar aparılır: "Biz müvafiq qurumlarla danışıqlar aparırıq. Məqsəd odur ki, vahid platformada Azərbaycan vətəndaşları müraciət edərək vizaların alınması üçün xarici ölkələrin Azərbaycandakı konsulluqlarından viza əldə edə bilsinlər. Bu, bizim həmin ölkələrin konsulluq xidmətləri ilə əməkdaşlığımızdan asılıdır. Pilot layihə çərçivəsində bir neçə səfirliklə əməkdaşlıq əlaqəsi qurulacaq. Əməkdaşlıq qurulduqdan sonra Azərbaycan vətəndaşları daha rahat formada istədikləri ölkəyə viza əldə edə biləcəklər. Hələ danışıqlar gedir. Danışıqlar yekunlaşandan sonra konkret zaman müəyyən olunacaq".

AzVision.az


Teqlər: ASAN-xidmət   ASAN-viza  





Xəbər lenti